Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Cümhuriyyətin 100 illiyi Ankarada qeyd edildi - VİDEO

Reklam: Sinerji Pro

Azərbaycan Respublika Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə bağlı Ankarada tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Batıkentdə Heydər Əliyev parkında Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirə TBMM rəhbəri İsmail Kahraman, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, Baş nazir köməkçisi Hakan Çavuşoğlu, Baş qərargahın ikinci sədri  Ümit Dündar, Piyada Qoşunları komandanı ordu-generalı Yaşar Güler, Jandarma komandanı ordu-generalı Arif Çetin və prezidentin sözcüsü Yalçın Topçu qatılıb.

Tədbir açılışında çıxış edən səfir Xəzər İbrahim, Azərbaycan Cümhuriyyətinin və Silahlı Qüvvələrin 100-cü ilini təbrik edib və belə bir əlamətdar tədbiri Türkiyədə keçirilməsindən şərəf duyduğunu deyib.

TMBB rəhbəri Kahraman da öz növbəsində, Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq təməlinin keçmişi barəsində danışıb:

“İkili münasibətlərimiz hər sahədə yüksəlir. Hörmətli prezident İlham Əliyevin Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bizi şərəfləndirdi. Azərbaycana bir neçə dəfə getmişəm. Hər səfərimdə xeyli irəliləyişlər görmüşəm. Azərbaycan bizim canımızdır. Məsələlərimiz, dərtlərimiz, gələcəyimiz də ortaqdır”.

Heydər Əliyevin böyük bir dövlət adamı olaraq Azərbaycanı sağlam təməllər üzərində qurduğunu bildirən Kahraman:

“Onun yolunu dövlət başçısı İlham Əliyev davam edir. Yolumuza davam edərkən bir çox maneələrlə qarşılaşırıq, lakin hamısının öhdəsindən gəlirik”, deyib.

Prezidentin köməkçisi Əli Həsənov çıxışında Türk Silahlı Qüvvələrinin Azərbaycana dəstəyini yüksək qiymətləndirib:

“Heydər Əliyevin başlatdığı yolu İlham Əliyev davam edir. Azərbaycanın müzəffər ordusu, Türk Silahlı Qüvvələrinin dəyərli komandanlarnın dəstəyi ilə bölgənin və Avrasiyanın ən güclü ordularından biridir.”

Həsənov həm Azərbaycan, həm də Türkiyə torpaqlarının təhdidlərə məruz qaldığına diqqət çəkib:

“Torpaqlarımıza göz dikirlər. Türk və Azərbaycan ordusu öz ölkələrini, torpaqlarını, haqlarını müdafiə etməkdədirlər. Böyük Atatürkün 1920-ci ildə səsləndirdiyi bir sözü var, “Təəssüf ki, biz bu dəfə müstəqil Azərbaycan Dövləti adına Azərbaycan Xalq Cümhuriyyətini qorumaq üçün heçnə etmədik. Lakin, zaman gələcək, biz bu xalqa dövlətə sahib çıxacağıq və onlar yenidən müstəqilliyini əldə edəcəklər”. Atatürkün fikirləri bu gün həyata keçib. Hazırda hörmətli Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyev başda olmaqla xalqlarımızın bütün gücünü səfərbər edərək, bölgədə və dünyada bir sivil siyasət aparırlar”.

Baş nazirin köməkçisi Hakan Çavuşoğlu da tədbirə qatılmaqdan məmnunluq duyduğunu deyib və Türkiyə baş naziri Binəli Yıldırımın təbrik məktubunu oxuyub.

Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun rəhbəri və AKP-dən millət vəkili Necdet Ünüvar da çıxış edərək:

“Azərbaycan da Türkiyə kimi çətin coğrafiyada yerləşir. Azərbaycann 100 illik tarixinə baxış keçirdikdə, həqiqətən də dünyanın parlayan ulduzunun önə çıxdığı dövlət olaraq görürük”, sözlərini dilə gətirib.

Tədbirin sonunda nümayiş olunan atəşfəşanlıq maraqla izlənilib.

www.yenicag.az

2345
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS