!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cumhuriyyətin 100 illiyi Hindistanda da qeyd edildi

!Reklam – Yazi

Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycanın Hindistandakı, eyni zamanda Banqladeş, Butan, Maldiv, Nepal və Şri Lankada akkreditə olunmuş səfirliyi Yeni Dehli şəhərində təntənəli tədbir təşkil edib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müvəqqəti işlər vəkili Ceyhun Əliyev tədbiri açaraq iştirakçılara Azərbaycan Xalq Cumhuriyyətinin tarixi, ərazisi, parlamentin qanunvericilik fəaliyyətləri, xarici siyasət və diplomatiyası barədə məlumatlandırıb.

Azərbaycanın 18 oktyabr 1991-ci ildə müstəqilliyini bərpa etdiyi, bu gün müstəqil dövlət kimi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etdiyi və beynəlxalq ictimaiyyətin fəal üzvü olduğu tədbirdə iştirak edən Hindistan ictimaiyyətinə, səfirlərə, diplomat, jurnalist və mütəxəssislərə çatdırılıb.

Tədbirdə Hindistanın görkəmli dövlət xadimi, sabiq nazir Arif Məhəmməd Xan, Hindistanın YUNESKO İdarə Heyəti nümayəndələrindən professor C.S. Racput, Türkiyənin Hindistandakı səfiri Şakir Özkan Torunlar, Qazaxıstan səfiri Bulat Sarsenbayev, Hindistanın siyasi xadimlərindən Virender Kataria, ictimai-siyasi xadim və yazıçı Müzəffər Əhməd, beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssis və Hindistan Baş nazirinin sabiq nümayəndəsi, eyni zamanda Xarici işlər nazirinin sabiq müşaviri K.V. Rancan Azərbaycanın tarixi, ümummilli lider Heydər Əliyevin dünya tarixinə töhfələri, ölkəmizin müstəqillik yolu, azadlıq mübarizəsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi müasir nailiyyətləri, Azərbaycan-Hindistan əlaqələri barədə çıxış ediblər.

www.yenicag.az

1156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv