!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cümhuriyyətin 100 illiyi ilə bağlı kimlər azadlığa çıxacaq?

!Reklam – Yazi

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar əfv sərəncamının imzalanacağı gözlənilir.

Əfv sərəncam nəticəsində siyasi məhbuslar, bloggerlər və jurnalistlərin azad ediləcəyi ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı Real hərəkatının icra katibi Natiq Cəfərli və Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a danışıblar.

Natiq Cəfərli bildirib ki, rəsmi məlumatlara görə, əfvlə bağlı çoxsaylı müraciətlərə baxılıb və qərar verilməsi üçün prezidentə təqdim olunub:

“İlqar Məmmədov bu komissiyaya müraciət etməyib və heç vaxt da bu addımı atmayacaq. Komissiyanın üzvləri qərara gəlib, adını əfv olunacaqların siyahısına salıb prezidentə təqdim ediblərsə, bu haqda məlumatımız yoxdur. Çünki İlqar Məmmədovun heç bir günahı yoxdur ki, əfv üçün müraciət etsin. Əvvəlki illərdə də təkliflər olub, imtina etmişdi, bu dəfə müraciət etməyib.

Təbii ki, Avrropa Məhkəməsinin İlqar Məmmədovun işi ilə bağlı Azərbaycan hökümətinə göndərdiyi son qərar var. Həmin qərarın yerinə yetirilməsi müddəti iyunun 5-də bitir. İyunun 6-da Azərbaycan tərəfi rəsmi şəkildə Avropa Məhkəməsinə məlumat verməlidir. Həmin qərardan irəli gələn müddəaların hansı formada həll olunduğunu bəyan etməlidir. Bu nöqteyi nəzərdən də sırf İlqar Məmmədovla bağlı məsələnin yaxın zamanda hər hansısa bir formada həll olunmasına ümidlərimiz artır. Ümid edirik ki, İlqar Məmədov azadlıqda olacaq, nəhayət ailəsinə, dostlarına qovuşacaq”.

Əfv fərmanının dəqiq olacağını deyən Natiq Cəfərli qeyd edib ki, bir çox siyasi məhbuslar da azadlığa çıxa bilər:

“Əfv ediləcəklər arasında çox böyük ehtimal fərqli qurumların siyahısında adları siyasi məhbus kimi adı çəkilənlər ola bilər. Bir çox insanların may ayında azadlığa çıxma şansı yüksəkdir. Onların arasında məhz İlqar Məmmədovun olub- olmayacağını söyləmək çox çətindir”.

Novella Cəfəroğlunun sözlərinə görə əfv sərəncamına siyasi məhbusların adı düşəcək:

“Biz özümüz də öz adımızdan sənədlər toplayıb, əfv komisiyasına göndərmişik. Siyasi məhbusların azad olunması üçün prezidentdə də müraciət etmişik. Cümhurriyətin 100 illiyi naminə siyasi məhbuslar azadlığa buraxılmalıdır.

Avropa Şurasının yox, ABŞ-ın, Qərbin yox, məhz bu millətin hesabına, ana-bacıların, ataların, uşaqların sevinməsi hesabına bu addımı atmağa çağırırıq”.

Əfv sərəncamının olmasına heç bir şübhəsi olmadığını deyən Novella Cəfəroğlu qeyd edib ki, milli barışıq naminə siyasi məhbuslar da azadlığa buraxılmalıdır.

Səxavət Məmməd

www.yenicag.az

3554
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv