!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cümşüd Nuriyev: “Ölkədən xaricə maliyyə axını müsbət tendensiya deyil”

!Reklam – Yazi

20130814_cumshud-nuriyev11Ekspertin fikrincə, Azərbaycan vətəndaşlarının ölkə xaricinə yatırdıqları maliyyə portfel investisiyası formasındadırsa, problemləri olan dövlət üçün pulun bu formada xaricə axını indiki şərtlər daxilində uğurlu gedişat sayıla bilməz.

Son zamanlar Azərbaycandan xaricə maliyyə axınının sürətlənməsi haqda məlumatların intensivləşməsi bu məsələni yenidən aktuallaşdırıb. Qeyd olunur ki, xüsusilə Gürcüstanın Avropa Birliyi ilə anlaşmasından sonra Azərbaycandan qonşu ölkəyə yatırımların həcmi xeyli artıb. Eyni zamanda, Gürcüstan vasitəsilə Avropanın müxtəlif ölkələrinə iri sərmayələrin qoyulduğu haqda da informasiyalar yayılır. Bəs ölkənin mövcud maliyyə-iqtisadi durumunda bu tendensiyanın güclənməsi necə qiymətləndirilməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı-ekspert Cümşüd Nuriyev bildirib ki, portfel investisiyası şəklində xaricə yönələn maliyyə axını ölkənin indiki durumu baxımından, pozitiv proses deyil:

“Dövlət tərəfindən xaricə maliyyə yatırılırsa, bu, yaxşı haldır. Çünki hər bir dövlət özünün tədiyyə balansında adətən çalışır ki, xaricə investisiya yatırsın. Bu mənada birbaşa yatırılan investisiya gəlir gətirmək nöqteyi-nəzərindən uğurlu addım sayılır. Belə ki, Azərbaycan həmin investisiyanın idarə olunmasında da iştirak imkanı qazanır. Ancaq yatırılan maliyyə portfel investisiyası formasındadırsa, malliyə problemləri olan ölkə üçün pulun bu formada xaricə axını indiki şərtlər daxilində uğurlu sayıla bilməz. Gürcüstana yatırılan bütün investisiyalar yaxın gələcəyə hesablanıb. İki il bundan öncə qonşu ölkəyə Azərbaycanın manatla yatırtdığı investisiya dollara çevrildiyindən, hazırda ölkəmizə gəlir gətirir. Çünki devalvasiyadan sonra manat 80% ucuzlaşıb. Bu da bütün hallarda itirilmiş vəsaitin bir hissəsini qaytarmağa xidmət edəcək. Xüsusilə də oliqarxlar tərəfindən maliyyə vəsaitlərinin müxtəlif yollarla ölkədən çıxarılmasının qarşısını almaq lazımdır. Artıq Maliyyə Bazarına Nəzarət Palatası min dollardan artıq transferlərə qadağa qoyub. Lakin belə addımlar devalvasiyadan öncə atılmalı idi. Təəssüf ki, bütün məsələlərdə gecikdiyimiz kimi, bu məsələdə də gec tərpənmişik. Azərbaycanın transmilli koorporasiyası yoxdur. Yalnız SOCAR-dır ki, onun da bütün səhmi dövlətin əlindədir. Belədə xaricə maliyyə axını edə bilən böyük firmalarımız da yoxdur. Təəssüf ki, bizimkilər də şərqlilərə məxsus xarakterlə xaricə yatırımı da əsasən heç bir gəlir gətirməyən daşınmaz əmlaka, mülk alınmasına yönəldirlər”.

 

ELÇİN
Yenicağ.az

www.yenicag.az

1544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv