Çuqun zavodunda PARTLAYIŞ – Ölən və yaralananlar var

Çinin şərqindəki Nanman şəhərində çuqun istehsalı zavodunda partlayış olub.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayış zavodun qaz kəmərində baş verib. Partlayışdan sonra zavodda yanğın başlayıb.

Yanğının qarşısı alınıb, xəsarət alanlar xəstəxanaya yerləşdirilib./Trend/