CXP-lilər TRT-də “PKK havası” əsdirirdilər – VİDEO

trtAtatürkün portretlərini otaqlarından çıxaran və son illərdə PKK və FETÖ kimi terror təşkilatları ilə birlikdə hərəkət edən Cumhuriyyət Xalq Partiyasında dövlət ənənəsinə sayğı da qalmayıb.

Belə ki, bir vaxtların dövlət ənənələrinə sayğılı partiyası olan CXP Kamal Kılıçdaroğlundan sonra PKK simpatizanlarının oylağına çevrilib. Dövlətə düşmən münasibəti sərgiləyən YCXP-çilər ən son TRT-də “terror küləyi” əsdiriblər.

Yenicag.az xəbər verir ki, TRT-yə hücum çəkən bir qrup CXP-li millət vəkili baş direktorun qapısını qırmaq istəyiblər. Xəbərdə deyilir ki, Kılıçdaroğlunun PKK simpatizanı olan deputatlarından Ləvənt Gök və həmkarları dövlət televiziyasının binasında gərgin anlar yaşadıblar. Öncədən görüşmək tələbi etmədikləri halda zorla baş direktor Şenol Gökanın qapısını sındıraraq içəri girmək istəyən millət vəkillərini kanal idarəçiləri və mühafizəçilər mane olublar. Hadisə zamanı öncədən planlanan başqa bir iş üçün TRT-də olmayan və hadisənin sonunda binaya yetişən baş direktor da CXP-li qrupun kobud münasibətinə məruz qalıb. Baş direktor və kanal rəhbərliyi gərginliyi azaltmağa çalışsalar da, L.Gök və CXP-lilər məqsədlərinin kanalda yayımlanan hadisəyə etirazdan daha çox şou çıxarmaq olduğunu ortaya qoyublar.

Aqil

Yenicag.az

 

COP29