!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cybertruck" üçün hazırlanan möhtəşəm qaraj - FOTOLAR

!Reklam – Yazi

“Tesla” yaxın günlərdə təqdim etdiyi “Cybertruck” pikapı ilə gündəm olmağı bacarmışdı.

Yenicag.az xəbər verir ki, maşın futuristik dizaynı ilə həm tənqid, həm tərif edilsə də ümumi olaraq müsbət qarşılanmışdı. Bu səfər isə bu maşına uyğun bir qaraj proyekti ortaya atıldı. “Cyberbunker” adındakı qaraj xüsusilə “Cybertruck” üçün hazırlanıb və bütün ehtiyyacları ödəyə biləcək şəkildə konstruksiya edilib.

“Cyberbunker” həm “Cybertruck” şarj etmək, həm də qarajın içində yaşamaq olur.

Qaraj iki fərqli açılma mexanizminə malikdir. Bunlardan biri qarajın qapısını açaraq “Cybertruck”-ın içəri girməsi üçün nəzərdə tutularkən, digəri maşının hündürlüyünə görə açılaraq tavanın yüksəldilməsi üçün nəzərdə tutulub. Qaraj həmçinin bütün hava şəraitlərinə uyğun olaraq hazırlanıb. Sahibləri hətta istədikləri zaman içində yaşaya bilərlər.

Digər diqqət çəkən nöqtə isə qarajın günəş panelləri ilə təchiz olunmasıdır. Bu səbəblə həm maşını şarj etmək, həm də yaşamaq üçün lazım olan enerjini təmin etmək mümkün olur./Technote/

www.yenicag.az

1222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv