DADP-də gənclər üçün təlim keçirildi

unnamedDemokratik Azərbaycan Dünyası Partiyasının (DADP)Gənclər Təşkilatının təşəbbüsü ilə ”Valideyn sevgisinin çoxluğu və ya azlığı. Hansı daha zərərlidir?” adlı təlim keçirilib.

Təlimdə ekspertlər, müxtəlif universitetlərin tələbələri, gənclər və yazarlar iştirak ediblər. Təlimçi Seymur Abbas öz çıxışında valideyn və övlad arasında sevgi münasibətlərindən, tərbiyə metodlarından bəhs etdi. Mövzu gənclər tərəfindən müzakirə olundu.

Psixoloq İlham Quliyev də bununla bağlı təcrübələrini təlim iştirakçıları ilə bölüşdü, müxtəlif ölkələrdəki ailə münasibətlərindən bəhs etdi.

Təlimin əsas məqsədi evdə, ailədə münasibətlərin qurulması və bunun cəmiyyət üçün də faydalı olması üçün gənclərə praktik-faydalı məlumatların verilməsidir. Təlimə qatılan gənclər də bu barədə öz fikirlərini bölüşərək, müzakirə apardılar.

Yazarlardan Emin Piri və İntiqam Yaşar da təlim də iştirak edərək ”Valideyn sevgisinin çoxluğu və ya azlığı. Hansı daha zərərlidir?” mövzusuna öz yanaşmaları açıqlayaraq, iştirakçılarla fikirlərini bölüşdülər.