!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DADP üzvləri tədbirdə

!Reklam – Yazi

unnamed (8)“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşəbbüsü ilə Bakının işğaldan azad edilməsinin 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib .

Tədbirə dəvət alan Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) üzvləri də iştirak edib.
97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər.

Tədbirdə Bakının işğaldan azad olunmasına həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə xüsusən, görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin Azərbaycanın müstəqilliyi uğrunda apardığı mübarizədən bəhs edilib.

Dəvətə görə DADP fəalları partiya sədri Əlisahib Hüseynov adından “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinə (TUMİB) təşəkkürlərini çatdırıb və Bakının işğaldan azad olunmasının önəmindən bəhs ediblər.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv