Dağ marafonu zamanı 21 nəfər öldü

Çinin Qansu əyalətində dağ marafonu yarışması zamanı 21 nəfər ölüb.

Yenicag.az “Global Times” nəşrinə istinadla xəbər verir ki, daha 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə hava şəraitinin kəskin pisləşməsi nəticəsində baş verib. 172 nəfərin iştirak etdiyi yürüş yarımçıq dayandırılıb. İştirakçılar dağlıq ərazidən təxliyə olunub.