Dağıntılar altında qalan şəxsi ələ saldılar – VİDEO

Qəhrəmanmaraş zəlzələsindən sonra səsli söhbət tətbiqi olan Discord-da toplaşan bir qrup gənc xilasetmə qrupunun üzvü kimi davranaraq dağıntılar altında qalan vətəndaşı ələ salıb.

Yenicag.az xəbər verir ki,  sözügedən video sosial mediada böyük əks-səda doğurub. Bundan sonra polis hərəkətə keçib və videonu paylaşan S.Ə. saxlayıb.