Dağıntılar altından ağzında siqaretlə çıxan adam: “TV pultunun batareyalarını parçalayıb…” – FOTO / VİDEO

Türkiyənin Adıyaman şəhərində baş verən zəlzələnin 3-cü günü axtarış-xilasetmə qrupları tərəfindən dağıntılar altından çıxarılarkən ağzında tütün olan Soner Tuğtekin hadisə ilə bağlı danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə “SABAH gazetesi”nə zəlzələ anının təfərrüatlarını açıqlayıb.

Zəlzələ zamanı evin salonunda olduğunu bildirən Tuğtekin baş verənləri belə xatırlayır:

“Bina bir anda üzərimizə çökdü. Sütun qızımın üstünə düşdü. Yoldaşımı özümə tərəf çəkməyə çalışdım, ancaq qolu çarpayının bazasına ilişmişdi. Oğlum divanın altında idi, ancaq onu çəkə bildim”.

Tuğtekin, “Yanımda yalnız tütün və 1,5 litr su vardı. Çox çəkdiyim üçün alışqanımın qazı bitdi. Siqaretimi yandıra bilmirdim. Batareyaların parçaladım və naqillərini bir-birinə vuraraq problemimi həll etdim”, – deyə bildirib.

58 yaşlı kişi 3 gün su və tütünlə sağ qalmağa çalışdığını qeyd edib.

“Kömək üçün qışqırırdıq. Cavab gələndə bir-birinin ardınca siqaretləri yandırmağa başladım. Ona görə də çıxanda əlimdə siqaret var idi. Xədicəmdən ayrılmaq istəmədiyim üçün xəstəxanaya getmək istəmirdim. Xəstəxanadan çıxıb dağıtılar olan yerə gəldim. Yoldaşımın cansız bədəni çıxarılan 4-cü günə qədər səkidə yatdım”, – deyə o açıqlayıb.

Qeyd edək ki, Soner Tuğtekinin qızı Bade Dənizli Universitetinin 2-ci kurs tələbəsi idi. O, tətil üçün gəldiyi ailəsinin evində baş verən zəlzələdə həlak olub./BAKU.WS