Dağıstan silkələndi

Rusiyanın Dağıstan Respublikası ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanların episentri, Mahaçqala şəhərindən 25 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.