Dağıstanda 40-a yaxın avtomobil toqquşub

Dağıstanda Mahaçqala hava limanına gedən yolda 38 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəza yolun 900 metrlik bölgəsini əhatə edib.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Yenicag.az