Dağıstanda atışma: Ölənlər var

daqestanDağıstanın Xasavyurt rayonunda atışmada iki silahlı öldürülüb, bir polis əməkdaşı həlak olub.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

“VAZ 2107-də hərəkət edən naməlum şəxslər polis naryadını atəşə tutub. Cavab atəşi ilə silahlılar məhv edilib. Bir polis əməkdaşı atışma zamanı aldığı güllə yaralarından keçinib”, – deyə mənbə bildirib.

Hadisə yerində istintaq-əməliyyat qrupu çalışır.

Yeniçağ.Az