Dağıstanda azərbaycanlı bədbəxt hadisə nəticəsində həlak oldu

Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq həlak olub.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.