Reklam

Reklam

Bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda İŞİD terror təşkilatının gizli özəyinin üzvlərini saxlayıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, hakimiyyət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı cinayətlər həyata keçirməyi planlaşdırılan gizli özək Dağıstanın 4 sakinindən ibarət olub.

Bu gün səhər saatlarında Dərbəndin Buynaksk küçəsindəki evlərin birində İŞİD-in gizli özəyinin üzvlərindən birinin olduğu barədə məlumat daxil olub. Ev mühasirəyə alınıb, ancaq terrorçu təslim olmaqdan imtina edərək atəş açıb. Cavab atəşi ilə terrorçu zərərsizləşdirilib. Gizli özəyin digər 3 üzvü başqa ünvanlarda aşkarlanaraq saxlanılıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."