Bu gün Dağıstanın Kizlyar şəhərində silahlı şəxs bayram karnavalında insanlara atəş açıb.
Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, 4 nəfər də yaralanıb.
Rusiya İstintaq Komitəsi insanlara atəş açanın 22 yaşlı yerli sakin olduğunu açıqlayıb.
O, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb.