Dağıstanın Xasavyurt rayonunda atışma zamanı yerli silahlı qruplaşmanın lideri məhv edilib. Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.
“Əməliyyat-axtarış tədbirləri keçirilən zaman silahlı şəxs asayiş keşikçilərinə atəş açaraq, ərazidən uzaqlaşmağa cəhd edib. Cavab atəşi ilə o məhv edilib”, deyə mənbə bildirib.
İlkin məlumata görə, öldürülən şəxs Xasavyurt silahlı qruplaşmasının başçısı İslam Muradovdur.