Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin “Telegram” kanalında məlumat yayılıb.
Xatırladaq ki, sentyabrın 27-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində iki partlayış baş verib. Hadisə şahidlərinin sözlərinə görə, o, bir neçə avtomobili və binanı dağıdıb.
Yerli mənbələrin məlumatına görə, dağıntılar altında insanlar qalıb. Ölənlərin sayının artacağı ehtimal edilir.
Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, bütün zərərçəkənlər xəstəxanalara aparılıb, onlara tibbi yardım göstərilib.
İsmayıl Bakuvi