Dağıstanda silahlı insident – Ölənlər var

Rusiyanın Dağıstan Respublikasının Ameterkmahi kəndində baş verən atışma nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yenicag.az xarici KİV-ə  istinadən xəbər verir  ki, silahlı insident nəticəsində kənd məscidinin imamı ölüb, iki nəfər yaralanıb.

Hücum edən şəxs də zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır