Dağıstanın səhiyyə naziri istefa verdi

Rusiya Federasiyasının Dağıstan Respublikasının səhiyyə naziri Camaludin Hacıibrahimov istefa verib.

Yenicag.az xəbər verir ki, bunu Dağıstan başçısının Mətbuat xidmətindən bildiriblər.

O işdən azad olunması üçün ərizə ilə Dağıstan başçısı vəzifəsini müvəqqəti icra edən Sergey Melikova müraciət edib.

“Səbəbini bilmirəm. Ən azından hər şey dürüstcədir. Əgər insan qarşısına qoyulan tapşırıqları yerinə yetirə bilmirsə, ona işdən azad olunmaq imkanını vermək lazımdır”, – Mətbuat xidmətindən bildiriblər.