Dağlara tək çıxmaq QADAĞAN EDİLDİ

Nepalda 5 il əvvəl tətbiq edilən Everest dağına qalxmaq qadağanının ölkə daxilindəki bütün dağlarda tətbiq olunması qərara alınıb.

Yenicag.az xarici mediaya istinadən məlumatına görə, dırmanma hökumət tərəfindən lisenziyalı bələdçi ilə və ya qrup halında edilə bilər.

Nepal Turizm Şurasının direktoru, “Təcili vəziyyətdə tək səyahət edənlərə kömək edəcək heç kim yoxdur. Şəhərlər yaxşıdır, lakin ucqar bölgələrdəki dağlarda infrastruktur kifayət deyil. Turistlər itirildikdə və ya ölü tapıldıqda, hökumət üçün onları izləmək çətindir, çünki onlar uzaq yollardan istifadə edirlər” – deyib.

Dağlara təkbaşına dırmaşmağa qadağa aprelin 1-dən qüvvəyə minəcək.