!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq ərazidə yanğın: 2 helikopter cəlb edildi - Qəbələdə / FOTO

!Reklam – Yazi

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə əlavə olaraq Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

11:48

Qəbələdə dağlıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv