!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq ərazidə YANĞIN - Qarşısı belə alındı - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi sayəsində Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının genişlənməsinin qarşısı alınaraq nəzarət altına alınması mümkün olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, hazırda ərazidə bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri həyata keçirilir.

Qeyd edək ki, relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava şəraiti yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq həyata keçirilir.

Yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edir.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv