Dağlıq ərazilərdə qar yağıb – FAKTİKİ HAVA

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub.

Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

COP29