Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı

Reklam: Sinerji Pro

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanat yayıb.

İcmadan Yenicag.az-a daxil olan məlumata görə, bəyanatda deyilir:

Ermənistan hakimiyyəti özünün təşkil etdiyi oyuncaq qurumun pərdəsi altından Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış edir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 1/5 hissəsini təşkil edən Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun hələ də Ermənistanın işğalı altında olması fonunda baş verir.

Nə qədər anormal səslənsə də, 30 ildə yaxındır ki bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salmış, onları əsas insan hüquqlarından məhrum etmiş Ermənistan utanmadan erməni əhalisinin münaqişədən əziyyət çəkməsindən şikayətlənir.

Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində təşkil etdiyi qondarma rejimin adından gülünc açıqlamalar verməklə ya reallıqları dərk etmir ya da bu cür əsassız iddialarla beynəlxalq ictimaiyyəti aldada biləcəyini zənn edir.

Görünən odur ki, bizim sülh mesajlarımızın ruhuna zidd olaraq Ermənistan Azərbaycan ərazilərinin işğalını uzatmaq niyyətindədir. Ermənistanın və erməni diasporunun etnik təmizlənməyə məruz qalmış azərbaycanlıları hədəf alan nifrət nitqi kampaniyaları bunun əyani sübutudur.

Biz Ermənistanı münaqişənin həllində destruktiv mövqe tutmaqdansa sülhə yönəlməyə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı əhalinin sülh şəraitində birgə yaşayışı istiqamətində bizim səylərimizi dəstəkləməyə dəvət edirik. Bölgə əhalisinin təhlükəsizliyi və rifahı yalnız davamlı və ədalətli sülhün əldə olunması ilə mümkün ola bilər.

www.yenicag.az

329
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100