“Dağlıq Qarabağ məsələsini öz problemimiz bilirik” – Ərdoğan

Bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan dövlət başçısı İlham Əliyevin təkbətək görüşü olub.

Yenicag.az xəbər verir ki, görüşün ardınca ölkələr arasında rəsmi sənədlər imzalanıb.

Bundan sonra liderlər mətbuat konfransına qatılıblar. Çıxış edən qardaş ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə münasibətlərindən danışıb:

“Ölkələrimiz arasında olan münasibətlər eyni şəkildə davam edir. Bizim ortaq duruşumuzu Dağlıq Qarabağda da, Afrində də bütün dünyaya göstərmişik. 15 iyul tarixində xainlərin dövlət çevrilişinə cəhdində də bizə “keçmiş olsun” deyən və dəstəklərini əsirgəməyən dəyərli qardaşım İlham Əliyev olub. Azərbaycan hakimiyyəti başda FETÖ olmaq üzrə, bütün terror qruplaşmalarına qarşı apardığımız mübarizədə bizə dəstək verir. Biz Azərbaycan xalqının dəstəyini “Zeytun budağı” əməliyyatı zamanı da hiss etdik.  Dağlıq Qarabağ məsələsini əvvəldən öz problemimiz bilirik. Türkiyə bu məsələdə Azərbaycana dəstəyini bundan sonra da davam etdirəcək”.

COP29