“Dağlıq Qarabağ münaqişəsində status-kvo həll variantı deyil” – Fransa XİN

“Dağlıq Qarabağda hazırki vəziyyət və status-kvo Azərbaycan və Ermənistan arasında münaqişənin aradan qaldırılması üçün yol deyil”.

Yenicag.az xəbər verir ki, bunu Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Fransalı nazir bildirib: “Fransa ATƏT-in Minsk Qrupunun hənsədri qismində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün lazımi səyləri göstərəcək və biz hesab edirik ki, bu istiqamətdə ATƏT-in işini gücləndirmək lazımdır”.

Jan-İv Lö Drian həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin statusu Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla bugünki görüşün gündəliyində olub, məsələ müzakirə edilib.