Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dağlıq Qarabağda birgə ANTİ-TERROR ƏMƏLİYYATI: “Bunun üçün tam əsas var" - VİDEO

Reklam: High Technic

“Türkiyənin Azərbaycanla birlikdə Cənubi Qafqazda terrorizmin, separatizmin kökünü kəsmək istiqamətində addımlar atması beynəlxalq hüquqa uyğundur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın PKK terror təşkilatının üzvlərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yerləşdirməsi fonunda Türkiyə və Azərbaycanın birlikdə Cənubi Qafqazda anti-terror əməliyyatları keçirməsinin mümkünlüyünü şərh edən politoloq Elçin Mirzəbəyli deyib.

Elçin Mirzəbəylinin sözlərinə görə, iki qardaş ölkənin regionda anti-terror əməliyyatları keçirməsi üçün kifayət qədər əsas var:

“Bu, ilk növbədə Türkiyənin verəcəyi qərardan asılıdır. Adətən, Türkiyə hökumətinin Azərbaycana münasibətdə birmənalı mövqe nümayiş etdirdiyini və beynəlxalq hüququn prinsiplərindən çıxış etdiyini, eyni zamanda, Türkiyənin dövlət başçısının cəsarətli və qətiyyətli mövqeyini nəzərə alsaq, Türkiyənin istənilən məsələdə Azərbaycanın yanında olacağı şübhə doğurmur.

Terrora qarşı mübarizə Türkiyənin qarşısına qoyduğu əsas hədəflərdən biridir. Türkiyə beynəlxalq terrorizmin qarşısının alınması üçün fəal addımlar atan bir dövlətdir.

Bu baxımdan, təkcə Ermənistanın PKK terrorçularını Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirməsi deyil, digər davranışları, o cümlədən, Azərbaycan torpaqlarını işğal etməsi, Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirməsi, mülki vətəndaşları atəşə tutması və qətlə yetirməsi, bütün bunlar əsas verir ki, beynəlxalq birliyin üzvi kimi Türkiyə məsuliyyəti öz üzərinə götürərək, Azərbaycanla birlikdə Cənubi Qafqazda terrorizmin, separatizmin kökünü kəsmək istiqamətində addımlar atsın.

Bunun üçün xüsusi bir yanaşmaya ehtiyac yoxdur. BMT nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin istər tək, istərsə də müttəfiqləri ilə birlikdə öz ərazi bütövlüyünü bərpa etmək hüququna malik olduğu qeyd edilir”.

Aqil Bəkir

www.yenicag.az

1454