Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər həlak olub.
Yenicag.az-ın məlumatına görə, bu gün səhər saatlarında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış hərbi hissələrdən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü müddətli hərbi xidmət hərbi qulluqçuçu Karen Karapetyanın meyiti tapılıb.
Onun hələ məlum olmayan şəraitdə aldığı güllə yaralarından öldüyü bildirilir.
Araşdırma aparılır./Trend/