Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dağlıq Qarabağda Rusiya hərbçisi həlak oldu

Dağlıq Qarabağda Şuşa şəhərinin ətrafında ərazinlərin minalardan təmizlənməsi əməliyyatı zamanı rusiyalı hərbçi həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib.

Məlumatda deyilir: “Dekabrın 17-si Şuşa yaşayış məntəqəsinin yaxınlığındakı avtomobil yolunun minalardan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış nəticəsində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb”, – Müdafiə Nazirliyində bildirilib.

Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Qarabağa, o cümlədən Şuşaya minalar ermənilər tərəfindən basdırlıb.

www.yenicag.az

197