!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT-nin rəsmi sənədi kimi yayıldı

!Reklam – Yazi

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatı BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının (TŞ) rəsmi sənədi kimi yayılıb.

Yenicag.az xəbər verir ki, sənəddə bildirilib ki, cəbhədə baş verən təxribatlar Ermənistanın sülhün əldə olunmasında maraqlı olmadığını bir daha təsdiqləyir.

“Dünyanın COVID-19 pandemiyası ilə üz-üzə qaldığı və onun insan həyatına yaratdığı təhlükəyə baxmayaraq, Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejim, öz bəd əməllərinə sadiq qalaraq, mülki sakinləri daim atəş altında saxlamaqla öz qanunsuz və təxribatçı fəaliyyətlərini hətta bu şəraitdə davam etdirir.

2020-ci ilin aprel ayından başlayaraq Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycanın Qazax rayonunun mülki sakinlərinə qarşı yüksək kalibrli pulemyotlardan istifadə edir.

Biz ön cəbhəyə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki şəxsləri təhlükə altında qoyan ermənilərin hərbi fəaliyyətindən çox narahatıq. Bütün bu hərəkətlər BMT baş katibi cənab Antonio Quterreşin sülh üçün və silahları susdurmağa çağıran bəyanatına qarşı yönəlib!

Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibə bütün yaşayışımızı məhv etdi. Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq dəfələrlə ermənilərlə dinc və sülh şəraitində yaşamağa hazır olduğumuzu ifadə etmişik.

Biz hamımız işğal və etnik təmizlənmədən uzaq sülhün və əməkdaşlığın tərəfdarıyıq və Ermənistan rəhbərliyindən bu istiqamətdə BMT TŞ-nin qəbul etdiyi 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələrini yerinə yetirməyi tələb edirik”, – deyə qeyd olunub.

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv