Daha 1 erməni hərbçinin cəsədi TAPILDI

Xocavənd rayonunda axtarışlar zamanı daha bir erməni hərbi qulluqçunun cəsədi tapılıb.

Yenicag.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tapılan cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təşkil ediləcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə erməni hərbçilərin cəsədlərinin axtarışları davam edir.