Daha 2 erməni hərbçinin cəsədi TAPILDI

Bu gün Cəbrayıl rayonunda axtarışlar zamanı daha 2 erməni hərbi qulluqçunun cəsədinin qalıqları tapılıb.

Yenicag.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən müddətdə Qarabağda tapılan erməni hərbi qulluqçulara məxsus cəsəd sayı 1654-ə çatıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə erməni hərbçilərin cəsədlərinin axtarışları davam edir.