Daha 2 kənd İŞİD-dən azad edildi

8c93c59b0b7bbe236db546154fde6806Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun qüvvələri 2 kəndi İŞİD terror təşkilatından azad edib.

Öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi İŞİD-dən təmizlənib. Son xəbərlərə əsasən daha 2 kənd terrorçulardan geri alınıb.

Qeyd edək ki, bu gün səhər saat 04:00-da Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini İŞİD-dən təmizləmək üçün “Firat qalxanı” əməliyyatına start verib. İndiyə qədər 46 İŞİD terrorçusu öldürülüb, İŞİD-in bomba yüklü 3 avtomobili məhv edilib.