Daha 2 nəfər batma təhlükəsi ilə üzləşdi

Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Qızılqum” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.