Daha 2 rayonda qaz olmayacaq

Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.

Bu barədə Yenicag.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Saat 10.00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb.

Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11.00-dan dayandırılacaq.