Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Qalacıq və Yeni Həyat kəndlərində baş verib.
Qalacıq kənd sakini, 32 yaşlı Şıxrəhimov Vaqif İslaməddin oğlu və həyat yoldaşı, 30 yaşlı Şıxrəhimova Ceyran Murad qızı dəm qazı zəhərlənməsi diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qusarın Yeni Həyat kənd sakini, 31 yaşlı Balabəyova Arzu Ağabala qızı da eyni diaqnozla xəstəxanaya çatdırılıb. Hər üç şəxs ilkin tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı araşdırmalar davam etdirilir./APA/