Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində Müasir Müsavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Yenicag.az-ın xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.