“Ağdam 4 yol” ölçü qovşağından qidalanan qaz kəmərinin kipliyə sınaq olunması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Alvadı” və “Ağdaş” QPS-lərin girişində 200 millimetrlik kranların dəyişdirilməsilə əlaqədar avqustun 25-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən (İB) Yenicag.az-a bildirilib ki, təmir işləri görülən müddətdə Ağdam, Masallı və Ağdaş rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.