Daha 4 erməni hərbçinin meyiti tapıldı

Fevralın 13-də Qarabağda aparılan axtarışlar nəticəsində daha 4 erməni hərbçisinin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, meyitlər Qubadlı rayonu ərazisində aşkarlanıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri axtarışlar zamanı döyüş meydanlarından tapılan erməni əsgər meyitlərinin sayı 1378-ə çatıb.

Axtarışların fevralın 15-də davam etdiriləcəyi bildirilib.