Daha 4 nazir istefaya göndərildi

151260_res_01Böyük Britaniyanın baş naziri Tereza Mey 4 naziri istefaya göndərib.

Trend-in verdiyi məlumata görə, bu barədə Britaniya hökumətinin mətbuat xidməti xəbər yayıb.

İstefaya göndərilənlər ədliyyə naziri Maykl Qouv, Lankaster hersoqluğunun kansleri Oliver Letuin, mədəniyyət, kütləvi informasiya vasitələri və idman naziri Con Uittinqdeyl, təhsil və eyni zamanda qadın və bərabərlik işləri naziri Niki Morqandır.

Xatırladaq ki, hökumətdə dəyişikliklər dünəndən-Tereza Meyin Böyük Britaniyanın baş naziri təyin olunmasından sonra başlayıb.

Məhz dünən Londonun sabiq meri Boris Conson Filip Hemmondun əvəzinə xarici işlər naziri təyin olunub.

Sem Hemmond maliyyə naziri olub. Maykl Fellon müdafiə naziri olaraq qalıb.

Sabiq energetika naziri Amber Radda daxili işlər naziri vəzifəsi həvalə olunub. Bundan əvvəl bu postu T.Mey tuturdu.

Kansler Corc Osborn hökuməti tərk edib.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələləri üzrə nazir vəzifəsinə Devid Devis, beynəlxalq ticarət naziri vəzifəsinə isə Liam Foks təyin olunub.