Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 5 erməni hərbçinin meyiti tapılıb və Ermənistana təhvil verilib.
Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, meyitlər Hadrutda aparılan axtarışlar zamanı aşkarlanıb və Ağdərə istiqamətində qarşı tərəfə verilib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizaları aparılacaq.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 551-ə çatıb.