Azərbaycanda daha 5 xarici şirkətin filialı və nümayəndəliyi ləğv olunur.
Yenicag.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, , bu şirkətlərdən biri “Merton Investment Holding Ltd.” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1 ünvanına bildirə bilərlər.
İkincisi – “Commonwealth Oil and Gas Company Ltd.” şirkətidir. Kreditorların tələbləri Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi,14 ünvanında qəbul ediləcək.
Üçüncüsü – “ACC Distribution UAB”-dir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,8 ünvanına bildirə bilərlər.
Dördüncü şirkət – “NTD Services LLP”-dir. Kreditorların tələbləri Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi, ev 62, mənzil 28 ünvanında qəbul ediləcək.
Və nəhayət, 5-ci şirkət “Key Mühendislik Proje Taahhüt ve Limited” şirkətidir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi, 1/46 ünvanına bildilər bilərlər.
Şirkətlərin kreditorların tələblərini bildirmək üçün iki ay vaxtı var.
Yenicag.az