Daha 7 kənd xaçmazlı namizəd Vasif İsrafilovu dəstəklədi – FOTOLAR

56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizəd, tanınmış vəkil İsrafilov Vasif İmaməddin oğlu fevralın 2-də Xaçmaz rayonu İlxıçı, Niyaz oba, Əbilyataq, Qadaşoba, Qımılqışlaq, Mollabürhan və Şıxlar kəndlərində bir sıra görüşlər keçirib.

Yenicag.az-ın verdiyi xəbərə görə, eyni zamanda V.İsrafilov fevralın 4-ü saat 10.30-da Alekseyevka kəndində, 12.30-da Qırağlı kəndində, 14.00-da Gödəkli kəndində, 16.00-da Mürşüdoba kəndində, 17.30-da Çiləgir kəndində görüş təyin edib.

İlxıçı sakinləri kənd məktəbinin 1936-cı ildə inşa olunduğunu, istilik sisteminin olmamasını, kənddə içməli su probleminin olmasını, telefon xəttinin, internetin, otlaq sahələrinin olmamasını, suvarma sistemlərində problemin olmasını namizədin nəzərinə çatdırıblar. V.İsrafilov məktəbdə olub, məktəbin vəziyyəti ilə maraqlanıb. Müəyyən olunub ki, kənd məktəbindən ali məktəblərə daxil olma göstəricisi zəifdir.

Niyaz oba sakinləri kəndin 500-dən artıq yaşının olmasını, adının tarixi adı Niyazabad kimi dəyişdirilməsini arzuladığlarını, içməli su sisteminin ümumiyyətlə olmamasını, 700-ə yaxın evi olan kəndin içməli suyunun Əbil yataq kəndindən gətirilməsini, otlaq yerlərinin olmamasını, məktəbin köhnə və təmirsiz olmasını, istilik sisteminin olmamasını, son 12 ildə şagirdlərin ali məktəbə daxil ola bilməməsini, kəndin mədəniyyət evinin qəzalı olmasını qeyd ediblər.

Əbilyataq əhalisi kəndə suvarma su sistemlərində problemlərinin olmasını, telefon xəttinin və internetin, kəndə avtobusun olmamasını bildiriblər.

Qadaşoba sakinləri məktəbin istilik sisteminin olmamasını, stadionun pis vəziyyətdə olmasını, telefon və internetin olmamasını, transfarmatorun zəif və yanlarının açıq olmasını, uşaqların oyun meydançasının yanında olduğundan yerinin dəyişdirilməsinə ehtiyac olduğunu qeyd ediblər.

Qımılqışlaq sakinləri otlaq sahəsinin olmamasını, məktəblərdə isinmə sisteminin olmamasını, torpaqları yayda suvara bilməmələrini qeyd ediblər.

Mollabürhan sakinləri otlaq sahəsinin olmamasını, yollarının təmirsiz olmasını qeyd ediblər. Şıxlar sakinləri otlaq sahəsinin olmamasını, məktəblərdə isinmə sisteminin olmamasını bildiriblər.

V.İsrafilovun görüş keçirdiyi bütün kənd sakinləri parlament seçkilərində onu dəstəkləyəcəklərini, yerli sakin olan Vasif İsarfilovun deputat olmasını istədiklərini bildiriblər.

Qeyd edək ki, V. İsrafilov bugünədək 30-dan çox kənddə görüş keçirib.

Vasif İsrafilov Prezident İlham Əliyevin xüsusi nəzarəti altında ölkədə rayonlarda əhalinin rifahının yüksəldilməsi istiqamətində quruculuq işlərinin sürətlə davam etdiyini görüşdüyü kəndlərin sakinlərinin nəzərinə çatdırıb.

Deputat seçiləcəyi təqdirdə sakinlərin qeyd etdiyi problemlərin tezliklə həll edilməsi üçün müvafiq təşkilatlarla sıx əməkdaşlıq edəcəyini, bu problemlərin həlli istiqamətində xahiş və təkliflərlə ölkə rəhbərliyinə müraciət edəcəyini, deputat olduğu müddətdə əhali ilə sıx görüşlər keçirəcəyini, Xudat şəhərində olan qərargahının həmişə işləyəcəyini, hər bir sakinin fərdi vəkili olaraq problemləri birgə həll edəcəklərini qeyd edib./Qafqazinfo/

COP29