Daha 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik azad olundu – TAM SİYAHI

Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Keçikli, Ördəkli, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün “Twitter” hesabında bildirib.