Daha 74 azərbaycanlı Gürcüstandan ölkəyə gətirilir – Bu şəxslər karantində saxlanılmayacaq

Gün ərzində 74 Azərbaycan vətəndaşının Gürcüstandan təxliyə edilməsi planlaşdırılır.

Yenicag.az-ın məlumatına görə, təxliyə olunacaq şəxslər artıq COVID-19 testi veriblər.

Testi neqativ çıxan şəxslər ayrılmış xüsusi avtobuslarla “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriləcəklər.

Qeyd edək ki, qaydalara əsasən ölkəyə gələn vətəndaşlardan koronavirus testi neqativ çıxanlar karantində saxlanılmır.

COP29