Daha 8 erməni hərbçinin leşi tapıldı

Bu gün Qarabağda aparılan axtarışlar nəticəsində daha 8 erməni hərbçinin cəsədi tapılıb.

Yenicag.az Ermənistan mediasına istinadən xəbər verir kiŞ cəsədlərin qalıqları Hadrutda aşkar edilib. Onların kimliyinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası keçiriləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində – 13 noyabrdan bəri 1576 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.