Daha bir ailə başçısı özünü evdə asdı

312274_470811Yanvarın 14-də Biləsuvar rayonunda 32 yaşlı ailə başçısı özünü asıb. Biləsuvar Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Bağbanlar kənd sakini 1984-cü il təvəllüdlü Sadıqov Firuz Rüstəm oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. F.Sadıqovun özünü öldürməsinin səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Qeyd edək ki, Firuz Sadıqov evli idi.(Faktxəbər)